22 Okt 2026
Sumqayıt Yəhudi İcması
İrsimiz, ənənələrimiz, gələcəyimiz
Rəsmi xronika

Bakıda tarixi-dini abidələrin qorunmasına həsr olunmuş konfrans keçirilir

17 Sen 2026 · 210 baxış
Yazının ölçüsü:

Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir. Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, alimlər, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra dini abidələrə dövlət qayğısının təcəssümü olaraq təmir olunan məscidlər barədə videoçarx nümayiş etdirilib.

Şəkillər

Oxşar Xəbərlər