Hesabatda ölkənin insan hüquqları sahəsindəki islahatları xüsusi vurğulanıb.
Hesabatda ölkənin insan hüquqları sahəsindəki islahatları xüsusi vurğulanıb.
Yom Kippur münasibətilə bütün dostlarımızı sinaqoqa dəvət edir, bu müqəddəs günü dua və mənəvi yenilənmə ilə keçirməyə çağırırıq. İzkor duası çərçivəsində vəfat etmiş valideynlərimizi, qohumlarımızı və yaxınlarımızı yad edəcəyik. Duaların cədvəli ilə tanış olaraq icmamızla birlikdə bu xüsusi günün mənəvi ab-havasını yaşamağa dəvətlisiniz.
Sumqayıt Yəhudi Dini İcması “STMEGI — Azərbaycan”ın sabiq rəhbəri, tanınmış icma nümayəndəsi Şaul Mixayloviç Davıdovun vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir. O, hər il Pesax bayramı ərəfəsində icmamıza matza və üzüm şirəsi hədiyyə edər, yəhudi bayramlarında bizimlə birlikdə olardı. Onun xeyirxah əməlləri və icmamıza göstərdiyi dəstək daim ehtiramla xatırlanacaq.
28 yanvar 2026-cı il tarixində Sumqayıt Yəhudi Dini İcmasında Lubaviç (Chabad) hərəkatının mənəvi lideri Rebbe Menachem Mendel Schneersonun rəhbərliyə başlamasının 76 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Rebbesinin yəhudi dünyasındakı mühüm rolu, mənəvi dəyərlər, dini maarifləndirmə və xeyirxahlıq prinsipləri vurğulanıb.