22 Okt 2026
Sumqayıt Yəhudi İcması
İrsimiz, ənənələrimiz, gələcəyimiz
Multikulturalizm

Dağ yəhudiləri sinaqoqunda Roş-Ha-Şana bayramı qeyd olunub

14 Sen 2026 · 47 baxış
Yazının ölçüsü:

Sentyabrın 11-də Bakı şəhəri Dağ yəhudiləri sinaqoqunda yəhudilərin qədim dövrlərdən qeyd etdikləri Roş ha-Şana-Yeni il bayramı münasibətilə mərasim keçirilib.

Mərasimdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Roş ha-Şana bayramı münasibətilə ölkənin yəhudi icmasına ünvanladığı təbriki xüsusi qeyd edib. Bildirib ki, bu diqqət dövlət tərəfindən yəhudi icmasına göstərilən qayğının və ölkəmizdəki dini müxtəlifliyə verilən yüksək qiymətin təzahürüdür.

Komitə sədri əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icmasının xalqımızın rifahına və ölkəmizin inkişafına töhfələr verdiyini, müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası prosesində fəal iştirak etdiyini söyləyib. O, yəhudi icmasının hörmət, birgəyaşayış və əməkdaşlıq ənənələrinin qorunmasında, eləcə də gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını vurğulayıb.

İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz Azərbaycanda yəhudi icmasının sülh, əmin-amanlıq və qardaşlıq şəraitində yaşaması, dini və milli bayramlarını sərbəst şəkildə qeyd etməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O, yəhudi icmasının Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu, ölkədə hökm sürən tolerant və multikultural mühitin icmanın dini və mədəni dəyərlərini sərbəst yaşatmasına imkan verdiyini qeyd edib. Səfir, həmçinin Azərbaycan ilə İsrail arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərin davam etdiriləcəyini deyib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoliy Rafailov müxtəlif dini konfessiyaların nümayəndələrinin öz dini ayinlərini və bayramlarını sərbəst şəkildə qeyd etmələrini, bir-birinin dəyərlərinə hörmətlə yanaşmalarını ölkəmizdəki sağlam mənəvi mühitin göstəricisi adlandırıb. O, dini icmalar arasında həmrəyliyin qorunmasının cəmiyyətin sabitliyi və bütövlüyü baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib.

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə ölkəmizdə müxtəlif icmaların öz milli-mədəni irsini qoruyaraq ictimai həyata fəal şəkildə töhfə verməsinin Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələri ilə uzlaşdığını bildirib.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycanda yəhudi icmasının öz adət-ənənələrini qoruması və gələcək nəsillərə ötürməsi üçün yaradılan şəraitin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov ölkəmizdə bütün dini icmalara göstərilən diqqət və qayğının cəmiyyətdə birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinin böyük dəyər daşıdığını deyib.

Mərasimdə dini ayin icra olunub,  bütün xalq və millətlərə sülh, əmin-amanlıq və firavanlıq arzulanıb.

Şəkillər

Oxşar Xəbərlər

Romada Azərbaycanın dinlərarası harmoniyasını əks etdirən “Harmoniya” sənədli filmi təqdim olunub

Sentyabrın 28-də Romada Azərbaycanın dini müxtəlifliyini, multikultural dəyərlərini və dinlərarası harmoniyanı əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın rəsmiləri, diplomatik korpusun və dini icmaların nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər. Film islam, xristianlıq və yəhudilik ənənələrinə mənsub üç qadının həyat hekayəsi vasitəsilə Azərbaycanda qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətini təqdim edir.

Sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

24 sentyabrda Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sumqayıt Yəhudi Dini İcmasını icmanın sədri Yevgeniy Brenneysen Anatolyeviç təmsil edib. Görüşdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında həmrəylik və birlik vurğulanıb.

Sumqayıtda Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib

26 fevral 2026-cı il tarixində Sumqayıtda Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərasimdə müxtəlif dini konfessiyaların nümayəndələri, o cümlədən Sumqayıt Yəhudi Dini İcmasının ravvini Leichter Mendel iştirak edərək Xocalı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.