22 Okt 2026
Sumqayıt Yəhudi İcması
İrsimiz, ənənələrimiz, gələcəyimiz
Multikulturalizm

Dövlət Komitəsinin sədri Sumqayıtda dini ibadətgahları ziyarət edib

14 Sen 2026 · 54 baxış
Yazının ölçüsü:

5 fevralda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Sumqayıtda fəaliyyət göstərən dini ibadətgahları, o cümlədən Sumqayıt Yəhudi Dini İcmasının ibadət evini ziyarət edib və icma rəhbərliyi ilə görüş keçirib.


Görüşdə Azərbaycanda dini tolerantlıq və multikulturalizm ənənələrinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi dəstəkləndiyi vurğulanıb. İcmanın ravvini Leichter Menachem Mendel yəhudi dini ayinlərinin sərbəst şəkildə həyata keçirilməsi üçün yaradılmış şəraitdən danışıb.


İcmanın rəhbəri Brenneysen Yevgeniy Anatolyeviç icmanın fəaliyyəti və həyata keçirilən dini-ictimai təşəbbüslər barədə məlumat verib. İdarə heyətinin üzvü Ştofenmaxer Mixail Borisoviç və icma üzvü Emin Əliyev də çıxış edərək fikir və təkliflərini bölüşüblər.


Görüşdə qarşılıqlı hörmət, etimad və dini müxtəlifliyin qorunmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Şəkillər

Oxşar Xəbərlər

Romada Azərbaycanın dinlərarası harmoniyasını əks etdirən “Harmoniya” sənədli filmi təqdim olunub

Sentyabrın 28-də Romada Azərbaycanın dini müxtəlifliyini, multikultural dəyərlərini və dinlərarası harmoniyanı əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın rəsmiləri, diplomatik korpusun və dini icmaların nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər. Film islam, xristianlıq və yəhudilik ənənələrinə mənsub üç qadının həyat hekayəsi vasitəsilə Azərbaycanda qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətini təqdim edir.

Sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

24 sentyabrda Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sumqayıt Yəhudi Dini İcmasını icmanın sədri Yevgeniy Brenneysen Anatolyeviç təmsil edib. Görüşdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında həmrəylik və birlik vurğulanıb.

Sumqayıtda Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib

26 fevral 2026-cı il tarixində Sumqayıtda Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərasimdə müxtəlif dini konfessiyaların nümayəndələri, o cümlədən Sumqayıt Yəhudi Dini İcmasının ravvini Leichter Mendel iştirak edərək Xocalı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.