Sumqayıt Yəhudi Dini İcmasının sədri Yevgeni Brenneysen oktyabrın 15-də Bakıda İsrail Prezidenti İsxak Hersoqla Azərbaycanın yəhudi icmalarının nümayəndələri arasında keçirilən görüşdə iştirak edib. Görüşdə Azərbaycanın yəhudi icmasının tarixi, dini dözümlülük və qarşılıqlı hörmət ənənələri müzakirə olunub. Yevgeni Brenneysen icmanın mədəni irsinin qorunmasının və gənc nəslə ötürülməsinin vacibliyini vurğulayıb.
20 Sentyabr – Dövlət Suverenliyi Günü və Yom Kippur münasibətilə xalqımızı və icma üzvlərimizi təbrik edirik. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü hər birimiz üçün ali dəyərdir. Doğma Azərbaycanımıza sülh, tərəqqi və firavan gələcək, bütün icma üzvlərimizə isə asan və mənəvi baxımdan mənalı oruc arzulayırıq.
Bakıda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçirilir. Tədbirdə dini irsin qorunması, dövlət qayğısı və gələcək perspektivlər müzakirə olunur.