Sentyabrın 28-də Romada Azərbaycanın dini müxtəlifliyini, multikultural dəyərlərini və dinlərarası harmoniyanı əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın rəsmiləri, diplomatik korpusun və dini icmaların nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər. Film islam, xristianlıq və yəhudilik ənənələrinə mənsub üç qadının həyat hekayəsi vasitəsilə Azərbaycanda qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətini təqdim edir.
24 sentyabrda Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sumqayıt Yəhudi Dini İcmasını icmanın sədri Yevgeniy Brenneysen Anatolyeviç təmsil edib. Görüşdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında həmrəylik və birlik vurğulanıb.
26 fevral 2026-cı il tarixində Sumqayıtda Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərasimdə müxtəlif dini konfessiyaların nümayəndələri, o cümlədən Sumqayıt Yəhudi Dini İcmasının ravvini Leichter Mendel iştirak edərək Xocalı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Dövlət Komitəsinin sədri Sumqayıtda dini ibadətgahı ziyarət edib
11 sentyabrda Bakı şəhəri Dağ yəhudiləri sinaqoqunda yəhudi Yeni ili – Roş ha-Şana münasibətilə mərasim keçirilib. Tədbirdə Azərbaycan dövlətinin yəhudi icmasına göstərdiyi diqqət və qayğı, ölkədə dini müxtəliflik, tolerantlıq və multikultural dəyərlər vurğulanıb. Çıxışlarda yəhudi icmasının Azərbaycanın ictimai həyatına, ölkənin inkişafına və milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusi qeyd olunub. Mərasimdə dini ayin icra olunub və bütün xalqlara sülh, əmin-amanlıq və firavanlıq arzulanıb. 🍎🍯
2023-cü il dekabrın 5-də ABŞ universitetlərində antisemitizm dalğasının güclənməsi fonunda ölkənin aparıcı universitetlərindən üçünün, Pensilvaniya Universiteti (UPenn), Harvard Universiteti (UH) və Massaçusets Texnologiya İnstitutunun (MİT) prezidentləri dinləmə üçün ABŞ Konqresinə dəvət olundular.