Sumqayıt Yəhudi Dini İcmasının sədri, eyni zamanda Bakı Avropa Yəhudilərinin Dini İcmasının sədr müavinidir. Azərbaycanda yəhudi icmasının ictimai və dini həyatında fəal iştirak edən nümayəndələrdən biri olmaqla yanaşı, ölkənin multikulturalizm siyasətinin və müxtəlif dini konfessiyalar arasında qarşılıqlı hörmət və dözümlülük ənənələrinin təşviqinə töhfə verir.
Azərbaycanın zəngin multikultural irsinin, dini tolerantlıq və konfessiyalararası həmrəylik mühitinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də fəaliyyət göstərir. Bu məqsədlə Azərbaycanın multikultural dəyərlərinin və tolerantlıq modelinin təbliği ilə bağlı xarici ölkələrdə, o cümlədən ABŞ-da keçirilən rəsmi səfər və tədbirlərdə Azərbaycan nümayəndə heyətlərinin tərkibində iştirak edərək ölkəmizi təmsil etmişdir.
““Azərbaycanın multikultural dəyərlərinin, dini və etnik müxtəlifliyə hörmət ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin məsuliyyətidir. Mən bu dəyərlərin ölkəmizdə daha da möhkəmlənməsinə və beynəlxalq səviyyədə tanıdılmasına öz töhfəmi verməyi böyük şərəf hesab edirəm.””