22 Okt 2026
Sumqayıt Yəhudi İcması
İrsimiz, ənənələrimiz, gələcəyimiz
Rəsmi xronika

Sumqayıt Yəhudi Dini İcmasının sədri Yevgeni Brenneysen İsrail Prezidenti İsxak Hersoqla görüşdə iştirak edib

Sumqayıt Yəhudi Dini İcmasının sədri Yevgeni Brenneysen oktyabrın 15-də Bakıda İsrail Prezidenti İsxak Hersoqla Azərbaycanın yəhudi icmalarının nümayəndələri arasında keçirilən görüşdə iştirak edib. Görüşdə Azərbaycanın yəhudi icmasının tarixi, dini dözümlülük və qarşılıqlı hörmət ənənələri müzakirə olunub. Yevgeni Brenneysen icmanın mədəni irsinin qorunmasının və gənc nəslə ötürülməsinin vacibliyini vurğulayıb.

17 Okt 2026
Ətraflı Oxu
Multikulturalizm

Romada Azərbaycanın dinlərarası harmoniyasını əks etdirən “Harmoniya” sənədli filmi təqdim olunub

Sentyabrın 28-də Romada Azərbaycanın dini müxtəlifliyini, multikultural dəyərlərini və dinlərarası harmoniyanı əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın rəsmiləri, diplomatik korpusun və dini icmaların nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər. Film islam, xristianlıq və yəhudilik ənənələrinə mənsub üç qadının həyat hekayəsi vasitəsilə Azərbaycanda qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətini təqdim edir.

30 Sen 2026
Ətraflı Oxu
Multikulturalizm

Sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

24 sentyabrda Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sumqayıt Yəhudi Dini İcmasını icmanın sədri Yevgeniy Brenneysen Anatolyeviç təmsil edib. Görüşdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında həmrəylik və birlik vurğulanıb.

24 Sen 2026
Ətraflı Oxu
Rəsmi xronika

20 Sentyabr - Dövlət Suverenliyi Günü və Yom Kippur

20 Sentyabr – Dövlət Suverenliyi Günü və Yom Kippur münasibətilə xalqımızı və icma üzvlərimizi təbrik edirik. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü hər birimiz üçün ali dəyərdir. Doğma Azərbaycanımıza sülh, tərəqqi və firavan gələcək, bütün icma üzvlərimizə isə asan və mənəvi baxımdan mənalı oruc arzulayırıq.

20 Sen 2026
Ətraflı Oxu
İcma Xəbərləri

Yom Kippur: Dua, xatirə və mənəvi yenilənmə

Yom Kippur münasibətilə bütün dostlarımızı sinaqoqa dəvət edir, bu müqəddəs günü dua və mənəvi yenilənmə ilə keçirməyə çağırırıq. İzkor duası çərçivəsində vəfat etmiş valideynlərimizi, qohumlarımızı və yaxınlarımızı yad edəcəyik. Duaların cədvəli ilə tanış olaraq icmamızla birlikdə bu xüsusi günün mənəvi ab-havasını yaşamağa dəvətlisiniz.

20 Sen 2026
Ətraflı Oxu
Manşetdəki Digər Xəbərlər
İcma

Sumqayıt Yəhudi Dini İcması

Sumqayıt Yəhudi Dini İcması Azərbaycanın ictimai və dini həyatında özünəməxsus yeri olan yəhudi dini icmalarından biridir. İcma Sumqayıt şəhərində yaşayan yəhud…

Ətraflı oxu →
Şabbat Bereşit
29 Tişri 5787 — Bereşit
Şam yandırma
17:52
Şamları cümə günü, 9 oktyabr, saat 17:52-də yandırın.
Şabbatın çıxışı
18:49
Şabbat şənbə günü, 10 oktyabr, saat 18:49-da başa çatır.

Son Xəbərlər

Bütün xəbərlər →
Rəsmi xronika

Sumqayıt Yəhudi Dini İcmasının sədri Yevgeni Brenneysen İsrail Prezidenti İsxak Hersoqla görüşdə iştirak edib

Sumqayıt Yəhudi Dini İcmasının sədri Yevgeni Brenneysen oktyabrın 15-də Bakıda İsrail Prezidenti İsxak Hersoqla Azərbaycanın yəhudi icmalarının nümayəndələri arasında keçirilən görüşdə iştirak edib. Görüşdə Azərbaycanın yəhudi icmasının tarixi, dini dözümlülük və qarşılıqlı hörmət ənənələri müzakirə olunub. Yevgeni Brenneysen icmanın mədəni irsinin qorunmasının və gənc nəslə ötürülməsinin vacibliyini vurğulayıb.

Multikulturalizm

Romada Azərbaycanın dinlərarası harmoniyasını əks etdirən “Harmoniya” sənədli filmi təqdim olunub

Sentyabrın 28-də Romada Azərbaycanın dini müxtəlifliyini, multikultural dəyərlərini və dinlərarası harmoniyanı əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın rəsmiləri, diplomatik korpusun və dini icmaların nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər. Film islam, xristianlıq və yəhudilik ənənələrinə mənsub üç qadının həyat hekayəsi vasitəsilə Azərbaycanda qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətini təqdim edir.

Multikulturalizm

Sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

24 sentyabrda Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sumqayıt Yəhudi Dini İcmasını icmanın sədri Yevgeniy Brenneysen Anatolyeviç təmsil edib. Görüşdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında həmrəylik və birlik vurğulanıb.

Seçilmiş

Hamısı →
Sumqayıt

Sumqayıt şəhəri haqqında

Sumqayıt Azərbaycanın Xəzər dənizi sahilində, Abşeron yarımadasının şimal hissəsində yerləşən mühüm sənaye, iqtisadi və mədəni mərkəzlərdən biridir. Şəhər Bakıdan təxminən 31 kilometr şimal-qərbdə yerləşir. Sumqayıtın…

Ətraflı oxu →
Xəzər
Dəniz sahili şəhəri
Sumqayıt
Azərbaycan
İrs
Nəsillərarası yaddaş
Birlik
Ortaq şəhər həyatı

Təqvim

11-13 SENTYABR 2026
Roş Ha-Şana – Yəhudi Yeni ili 5787
Yəhudi təqviminə əsasən 5787-ci ilin başlanğıcı.
20-21 SENTYABR 2026
Yom Kippur – Kəffarə günü
Yəhudilikdə ilin ən müqəddəs günlərindən biri. Tövbə, dua və mənəvi təmizlənmə günüdür.
25 SENTYABR - 01 OKTYABR 2026
Sukkot – Çardaqlar bayramı
Yəhudi xalqının səhrada keçirdiyi dövrü xatırladan və ilahi himayəni simvolizə edən bayram. Bu günlərdə sukkalar, yəni müvəqqəti çardaqlar qurulur və dini ənənələr yerinə yetirilir.
02-04 OKTYABR 2026
Şemini Atzeret və Simxat Tora
Şemini Atzeret Sukkot bayramından sonra qeyd olunan müstəqil dini gündür. Simxat Tora isə Tora oxunuşunun illik dövrünün tamamlanmasını və yenidən başlanmasını qeyd edir.
01-12 DEKABR 2026
Xanuka – İşıqlar bayramı
Yerusəlimdəki Müqəddəs Məbədin yenidən təqdis olunmasını xatırladan səkkizgünlük yəhudi bayramı. Bayram günlərində xanukiya şamları yandırılır və işıq, ümid və dini irs qeyd olunur.
Ravvin Leichter Menachem Mendel
Ravvin

Ravvin Leichter Menachem Mendel

Ravvin Menachem Mendel Leichter Sumqayıt Yəhudi Dini İcmasının ravvini və Chabad-Lubaviç hərəkatının nümayəndəsidir. O, Sumqayıt şəhərində yəhudi icmasının dini…

Ətraflı oxu →
Brenneysen Yevgeniy Anatolyeviç
İcmanın Sədri

Brenneysen Yevgeniy Anatolyeviç

Sumqayıt Yəhudi Dini İcmasının sədri, eyni zamanda Bakı Avropa Yəhudilərinin Dini İcmasının sədr müavinidir. Azərbaycanda yəhudi icmasının ictimai və dini həyat…

Ətraflı oxu →